25 
İyl
2017
09:36
73
108
5288
Virtual karabakh

İlk sırada yenə də ərəb turistlər yer aldı

25 İyl, 2017
09:36
5288

İlk sırada yenə də ərəb turistlər yer aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycana gələn əcnəbi turistlər arasında Ərəb ölkələrindən olan turistlər ilk yeri tutur.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, sonrakı yerləri Rusiya, İran və Avropa turistləri tutur.

Assosiasiya sədri əlavə edib ki, turistlərin ən çox səfər etdiyi bölgələr Quba, Qəbələ və Şamaxıdır.

N.Bağırov hazırda Azərbaycanda hotel yerlərinin dolma göstəricisinin də yüksək olduğunu, adıçəkilən bölgələrdə isə yer çatışmazlığının müşahidə edildiyini açıqlayıb: “Məsələn, bu gün Qəbələdə, Qubada, demək olar ki, bütün hotellərdə yerlər tam dolub. Ancaq buna baxmayaraq, yer tapa bilməyən qonaqların bir yerdən digər yerə səfər etməsinə kömək edirik, onları yeni istiqamətlərə - başqa rayonlara göndəririk”.

N.Bağırov qeyd edib ki, hazırda bu problemin aradan qaldırılması üçün adıçəkilən bölgələrdə yeni hotellərin tikintisi istiqamətində işlər aparılır.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri