27 
İyl
2017
17:43
314
119
13154
Virtual karabakh

Bakının məşhur restoranından müştərilərə şortik qadağası

27 İyl, 2017
17:43
13154

Bakının məşhur restoranından müştərilərə şortik qadağası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novxanıda “Amore” restoranı müştərilərə şortik geyinməyi qadağan edib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən hadisə bir neçə gündür sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər restoran sahibinin qərarını gülüşlə qarşılayıblar. Yay fəslində, özəlliklə turistlərin axın etdiyi tanınmış məkanda belə qadağanın olması haqlı olaraq çoxuna inandırıcı gəlməyib.

Məsələni dəqiqləşdirmək üçün restoranın administratoru Zaur Cəfərovla əlaqə saxlanılıb. O, açıqlamasında şortik geyinən şəxslərin restorana buraxılmadığını təsdiqləyib: “Bura ailəvi məkandır, hamı ailə, uşağı ilə gəlib oturur. Narazılıqlar olur, buna görə də qadağa qoymuşuq. Müştərilərimizin 80 faizi bu qaydanı bəyənir, deyirlər, çox gözəldir. Təkcə şortiklə gələnləri yox, heyvan gətirənləri də, cavan uşaqları da buraxmırıq. Onlar üçün kənarda yerlər var, ora getsinlər. Bizim ərazidə çimərlik yoxdur, sırf restorandır. Dənizə girib çimən, daha sonra bizim restorana çimərlik geyimində girmək istəyən şəxs buraxılmır”.

Məsələyə münasibət bildirən Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov deyib ki, bu qadağadan sonra insanlar o məkanı boykot etməlidir: “Bəs orada oturanlar yaxınlıqlarında dənizdə çimənləri görmürlər? Məsələn, “Sun Set”ə girən kimi gətirib stol qoyub deyirlər ki, “yesən də, yeməsən də, 10 manatdır”. Bu kimi məsələlər özbaşınalıqdır, bu formada turizmi inkişaf etdirə bilmərik. Prezident sərəncam verir, təşəbbüs göstərir ki, turist axını olsun, ölkəyə xarici valyuta gəlsin. Amma biz bu cür xidmətlərlə bunu bacarmayacağıq. İnsanlar nəyə qadağa qoyduqlarını bilmirlər. Bolqarıstanın Bakı kimi dəniz kənarında yerləşən Varna şəhərində insanlar çimərlik paltarında küçələrdə gəzir, amma heç kim onlara bir söz demir. Azərbaycanda maarifləndirmə işləri aparılmalıdır. Bu, nə deməkdir ki, şortiklə dənizin qırağındakı istirahət mərkəzinin həyətinə girmək olmaz? Bəlkə, bir qayda da qoysunlar ki, ora girənlərin gözlərini bağlasınlar. Qoy, dənizdə çimənləri görməsinlər. Onda gedib meşənin içində istirahət mərkəzi açıb ora gələnlərdən kostyum geyinməyi tələb etsinlər”.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri