28 
İyl
2017
13:30
32
105
11916
Virtual karabakh

Şəkidə kənd evləri – QİYMƏTLƏR

28 İyl, 2017
13:30
11916

Şəkidə kənd evləri – QİYMƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yay mövsümü olması və havanın olduqca isti keçməsi şəhər sakinlərinin bölgələrə üz tutmasına səbəb olur. Çünki bölgənin sərin havası və yetərincə istirahət mərkəzlərinin olması buna zəmin yaradır. Belə ki, insanların seçim etdiyi yerlərdən biri də bölgələrdəki kənd evləridir.

Oxu.Az fins.az-a istinadən, Şəkidə yerləşən kənd evləri haqqında məlumatları təqdim edir.

Şəkidə kənd evləri Fazılı və Kiş kəndində yerləşir. Hər iki kənddə 1 və 2 mərtəbəli evlər var. Kiş kəndində evlər Alban məbədinin yaxınlığında yerləşir. Ümumilikdə bu kənddə 8-9 ev var. Bu evlərdə adambaşına qonaqlamaq 10 manatdır. Bundan başqa, qonaqlara səhər yeməyi və gündə 3 dəfə yeməklə də qonaqlama imkanı verilir. Belə ki, Kiş kəndində səhər yeməyi və evdə qonaqlama adambaşına 15 manatdır. Gündə 3 dəfə yeməklə evdə qonaqlama isə adambaşına 30 manatdır.

Fazılı kəndində kənd evləri yeraltı arxeologiya muzeyinin yaxınlığında yerləşir. Burada qonaqları qəbul etmək üçün 5 kənd evi var. Bu cür evlərdə qonaqlamaq 10 manatdır. Səhər yeməyi sifariş olunsa, əlavə 2 manat da ödəmək lazım olacaq. Bundan başqa, yeraltı arxeologiya muzeyinə giriş bir qrup üçün 20 manatdır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri