Avq
2017
18:00
85
167
30257
Virtual karabakh

Gəncədə dağ evləri: Hacıkənd, Xaşbulaq, Toğana, Çaykənd – QİYMƏT

1 Avq, 2017
18:00
30257

Gəncədə dağ evləri: Hacıkənd, Xaşbulaq, Toğana, Çaykənd – QİYMƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yay mövsümündə insanların ən çox üz tutduğu yerlərdən biri də bölgələrdə yerləşən kənd evləridir.

Oxu.Az fins.az-a istinadən xəbər verir ki, vətəndaşların istirahət üçün ən çox üz tutduğu yerlərdən biri də Gəncədir.

Belə ki, kənd evlərinə üstünlük verənlər Toğana, Hacıkənd, Xaşbulaq və Göygöl rayonun ərazisinə üz tuturlar.

Hacıkənd

Burada 25 ev var. Evlər həm bir, həm də iki mərtəbəlidir. Hər ev iki otaq və bir aynabənddən ibarətdir. Evin qiyməti gündəlik 50 manatdır. Qeyd edək ki, əksər bölgələrdə otaqlar icarəyə verildiyi halda, Hacıkənddə evlər bütövlükdə qonaqlara verilir. Burada evləri aylıq da icarələmək olar. Bu zaman 700-800 manat ödənməlidir.

Xaşbulaq

Xaşbulaqda evlərin mövsümlük kirayəsi 2-3 min manatdır. Yəni 3 ay yay mövsümü üçün bu qədər pul ödəmək lazım gələcək.

Göygöl rayonu

Göygöl rayonunda da kifayət qədər kənd evləri var. Burada evlərin qiyməti bir qədər ucuzdur. Belə ki, gündəlik ev kirayələmək yerindən və şəraitindən asılı olaraq 20-30 manat arasında dəyişir. Evlərin aylıq icarə qiymətləri isə 170-500 manat arasında dəyişir.

Toğana – Zod

Toğana və Zod 1 və 2-də də kənd evləri var. Zodda evlərin aylıq icarəsi 400-500 manatdan başlayır. Toğanada evlərin 3 aylıq icarə qiymətləri isə 500-1000 manat arasında dəyişir. Çaykənddə də icarəlik kənd evləri var. Burada evlərin gündəliyi 50-80 manat arasında dəyişir.

Qeyd edək ki, adları sadalanan bu bölgələrdə evlər qonaqlara bütövlükdə təqdim olunur, yəni ev sahibi həmin evdə yaşamır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri