Avq
2017
18:16
115
13
5445
Virtual karabakh

Avropada ucuz kirayə evlər

2 Avq, 2017
18:16
5445

Avropada ucuz kirayə evlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Airbnb” saytı turistlər üçün ən ucuz mənzil təklif edən Avropa şəhərlərinin siyahısını hazırlayıb.

Oxu.Az seyahetchi.com-a istinadən xəbər verir ki, ucuzluğuna görə birinci yerdə Tbilisi gəlir. İkinci yerdə Belqrad, üçüncü yerdə isə İstanbul qərarlaşıb.

Beləliklə, ən ucuz mənzil təklif edən 10 Avropa şəhəri bunlardır:

Tbilisi, Gürcüstan – 30 dollar;
Belqrad, Serbiya – 33 dollar;
İstanbul, Türkiyə – 33 dollar;
Saloniki, Yunanıstan – 34 dollar;
Sofiya, Bolqarıstan – 34 dollar;
Buxarest, Rumıniya – 34 dollar;
Sankt-Peterburq, Rusiya – 35 dollar;
Kiyev, Ukrayna – 35 dollar;
Zaqreb, Xorvatiya – 39 dollar;
Varşava, Polşa – 39 dollar.

Bir az da “Airbnb” haqqında:

Qeyd edək ki,  “Airbnb” çarəsizlikdən yaranan biznesdir. Evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır. Sayt San-Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb. Evlərinin kirayə haqqını verə bilməyən Brian Chesky ve Joe Gebbia otaqlarının birini kirayə vermək məcburiyyətində qalıblar. Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub. 2008-ci ildə airbedandbreakfast.com belə yarandı. Bir müddət sonra saytın adı airbnb oldu. İndi turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimidir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri