Avq
2017
12:30
114
21
12449
Virtual karabakh

29 avroya uçuş: “Buta Airways” səmaya qalxır

9 Avq, 2017
12:30
12449

29 avroya uçuş: “Buta Airways” səmaya qalxır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uşaq ədəbiyyatın klassiki Mark Tven deyirdi:”Ölüm ayağında olarkən, biz 2 məsələyə görə peşman olacayıq ki, az sevmişik və az səyahət etmişik.” M.Tven mütəmadi şəkildə səyahət edirdi.

Sentyabrın 1-də Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti olan “Buta Airways” özünün ilk reysini gerçəkləşdirəcək. Aşağı büdcəli aviaşirkət deyəndə açıq-aşkar üstünlükdən bəhs edilir, çünki qənaətcil səyyahlar uzun müddətdir ki, dünyada 30-50 avroya səyahət edir.

Bəs aşağı büdcəli aviaşirkət, yaxud loukoster nədir? Yadda saxlayın ki,loukoster pulsuz-parasız “sizi  nə maraqlandırır?” sualı verməz, uçuş zamanı sizi yedizdirməz və yerinizi salonda digər yerə dəyişməz. Bu şirkət ölkənin əsas mərkəzi hava limanlarını seçmir və sutkanın rahat hissəsi uçmur. Lakin A məntəqəsindən B məntəqəsinə əntiqə qiymətə uçmağı təklif edir.

Əgər loukost şirkətin qaydaları ilə yaxından tanış olmadınızsa, o zaman problemlərlə üzləşə bilərsiniz. Sərnişini ucuz, büdcəsinə uyğun aviabiletlərə şirnikləndirsəniz, o zaman uçuşa 3 dəfə artıq pul verə bilər.

Bu səbəbdən loukosterdən istifadə edən səyyah üçün əsas məsələ - düzgün planlaşdırma bacarığıdır. Biletləri erkən alın. Qənaətcil səyyahlar biletləri qabaqcadan alırlar, çünki uçuş tarixi yaxınlaşdıqca biletin qiyməti mütləq şəkildə bahalaşacaq.

Müstəqil şəkildə  “Buta Airways” saytından elektron biletləri sifariş etmək imkanı böyük üstünlükdür. Saytın özü (https://www.butaairways.az/) başadüşülən və sadədir, hərtərəfli instruksiya əlinizin altındadır. Əgər uçacağınızdan əminsinizsə, o zaman biletləri alın. Biletlərin tarifi 29 avrodur. Məhz bu tarifdən baqaj, əl yükü, qidalanma xaric, salondakı yerlərin qiyməti başlayır.

Loukoster vasitəsilə online-chek in (elektron qeydiyyat) etmək olar. Hava limanında bu xidmət 3 avrodur.

İnternet saytdan savayı, pulsuz qeydiyyatdan həmçinin hava limanındakı müstəqil qeydiyyat kiosklarında keçmək olar. Sadəcə biletin nömrəsi (bron nömrəsi) və soyadı daxil etməyə kifayət edir. Bundan sonra avtomat təyyarəyə keçmək üçün buraxılışı çap edir.

“Buta Airways” şirkətində uçuşlara qeydiyyatdan keçmək uçuşa 20 saat qalarkən mümkündür.

Digər loukosterlərdə bu qaydalar daha sərtdir. Onlayn qeydiyyatdan keçməyi unutdunuzsa, sizə bunu etməyə “kömək” edə bilərlər, lakin bu “köməyin” qiyməti biletin qiymətinə bərabər ola bilər.

Baqaj – mübahisə predmetidir. Loukoster çanta-çemodan-sakvoyaj ilə səyahət edənlər üçün deyil. O, daha çox az yüklə səyahət edənlər üçün əlverişlidir. Böyük çemodanda təəcüblü heç nə yoxdur. Loukost şirkətlərdə baqaj pulludur.

“Buta Airways” sərnişinlərinə əl yükü 25 avroya başa gələcək. Əlavə baqaj yeri (23 kq) də 25 avroyadır. Baqajın haqqı uçuşdan 3 saat əvvəl aviaşirkətin internet səhifəsində, hava limanının kassalarında və ya rəsmi agentliklərdə ödənərsə, bu, 20 avronu keçməyəcək. Qİymətlər isə demokratikdir. Məsələn, İngiltərənin büdcə aviaşirkəti olan “EasyJet” 20 kq-lıq baqaj üçün əvvəlcədən ödəniş şərti ilə 16-28 avro, hava limanında ödəniş ediləcəyi təqdirdə isə 40-55 avro qiymət qoyub. Təyyarəyə sərnişinlər heç bir haqq ödəmədən, qadın əl çantası, kişi portfeli, noutbuk, fotoaparat, videokamera, planşet, mobil telefon, gül buketi, kostyum, üst geyimi, kağız üçün qovluq, əsa, iki yaşa qədər uşaqlar üçün yemək və zəruri əşyalar, çətir və beşiyi özü ilə götürə bilərlər.

Bəlkə, təyyarəyə əyləşərkən yemək yeyəsiniz?! Loukosterlərin mütləq əksəriyyəti salonda pulsuz yemək vermir, bəziləri pulsuz ancaq adi su verir. Bu səbəbdən səyyahlar təyyarədə qidaya əlavə pul verməmək üçün əvvəlcədən ya evdə, ya da hava limanında yemək yeyir.

“Buta Airways”in sərnişinləri qurdunu öldürmək üçün salonda sendviç və su ilə pulsuz təmin edilir. Lakin əgər havada  olarkən acacağınıza əminsinizsə, o zaman əvvəlcədən loukosterin saytında salonda qidalanmanı sifariş edin.

Xaricdə olan hava limanları. Loukost-daşıyıcılar ev hava limanı qismində iri aeroportlardan istifadə etmir. Onların təyyarələri şəhərin ən ucqar rayonlarında eniş edir. Həmin rayonlardan şəhərə çatmaq çətindir. “Buta Airways” Heydər Əliyev beynəlxalq hava limanında uçuşları həyata keçirir.

Təyyarələr: təhlükəsizlik! Loukosterlərin əsas qaydası – təhlükəsizlikdən savayı, hər şeydə qənaət etmək! Təhlükəsizlik hər şeydən öncədir. Loukost daşıyıcıların “cavan”, müasir aviaparkı köhnəlmiş aviaparkdan daha qənaətlidir, aviapark bir model avialaynerlərdən ibarətdir, təyyarələr daha az yanacaq sərf edir, təmir edilməsinə, demək olar ki, ehtiyac yoxdur. Azərbaycan loukosterinin donanması müasir Embraer təyyarələrindən ibarətdir.

Rahatlığa irad olmamalıdır... Loukosterlərin təyyarələri tamamilə dolmaq üçün aralarında minimum məsafə olan maksimal sayda oturacaqla təmin edilib. “Buta Airways”in təyyarələrindəki oturacaqlararası komfort məsafə səyyahətçiyə daha rahat əyləşməyə, təyyarənin ikioturacaqlı bloku diskomfortun yaranma ehtimalını azaldır. Bu, əsas faktorlardan biridir, çünki orta oturacaqda iki tərəfdən sıxılmış şəkildə oturmaq heç də xoş deyil.

Oturacaqlar arxaya çəkilir. Bu, xırda detal olsa da, insana xoş təsir bağışlayır. Müəyyən ödəniş mübabilində sərnişin təyyarədə yer seçə və ya dəyişə bilər. Onu da qeyd etmək lazımdır ki, bir çox büdcəli aviaşirkətlər kimi, Azərbaycan loukosteri valideynlərlə uşaqları ayrı oturacaqlarda əyləşdirmir. 12 yaşadək olan uşaqlar valideynlərdən birinin yanında oturur.

Beləliklə, “Buta Airways” loukosterinin xidmətlərindən istifadə etməklə, bahalı olmayan səyahətlər üçün saysız-hesabsız marşrutlar fikirləşmək olar. Cəsarətli olun və yola çıxın, çünki loukosterlə səyahət Vətənin hüdudlarını genişləndirmək üçün gözəl vasitələrdən biridir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri