14 
Avq
2017
15:50
84
22
6902
Virtual karabakh

Turistlərin gəlişinə məhdudiyyət qoyuldu

14 Avq, 2017
15:50
6902

Turistlərin gəlişinə məhdudiyyət qoyuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xorvatiyanın ən gözəl şəhərlərindən birinə turistlərin gəlişinə say məhdudiyyəti qoyulub. Qadağa hələlik iki il müddətinə nəzərdə tutulub.

Oxu.Az fins.az-a istinadən xəbər verir ki, Dubovnik şəhərinin meri Mato Frankoviç bu barədə açıqlama verib. Hazırda şəhəri hər gün 10 min turist ziyarət edir. M. Frankoviçin sözlərinə görə şəhərin özünü bərpa etməsi üçün vaxt tələb olunur. Buna görə gündəlik turist sayının 4 minə endirilməsi planlaşdırılıb.

Məlumat üçün bildirək ki,Dubovnik şəhəri Xorvatiyanın cənubunda Adriatik dənizinin sahilində yerləşir. Şəhər gözəl təbiəti və iqlimi ilə yanaşı, tarixi abidələri ilə də turistlərin diqqətini cəlb edir.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri