14 
Avq
2017
18:00
123
26
3569
Virtual karabakh

Gəmi ilə səyahət edənlərin sayı artıb

14 Avq, 2017
18:00
3569

Gəmi ilə səyahət edənlərin sayı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin onlayn bilet xidmətindən bu ilin yanvar-iyul ayları ərzində 348 nəfər istifadə edib. Alınan biletlərin 169-u ikitərəfli olub.

Oxu.Az xəbər verir ki, onlayn bilet satışı sisteminin işə düşdüyü dövrdən indiyədək 456 bilet satılıb. Bu biletlərdən 244-ü ikitərəfli alınıb.

Qeyd edək ki, Gəmiçilikdə onlayn bilet satışı sistemi 2016-cı ilin sentyabrından tətbiq edilir.
Onlayn bilet sifarişi edənlərin əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamətlər isə Aktau-Ələt, Ələt-Aktaudur. Son günlər Avropa ölkələrindən də bilet sifarişinə maraq artıb.

Elektron bilet xidməti ölkədən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir İKT-dən istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədilə gerçəkləşdirilir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri