23 
Avq
2017
16:09
125
54
2417
Virtual karabakh

İstanbula daha çox iranlılar gedib

23 Avq, 2017
16:09
2417

İstanbula daha çox iranlılar gedib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il təxminən 10 milyon turistin səfər etdiyi İstanbulda iranlı turistlərin sayı rekord qırıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İrana qarşı tətbiq olunan embarqonun qaldırılmasından sonra yaşanan iqtisadi canlanmanın təsirləri İstanbul küçələrinə qədər gedib çıxıb. 

Türk markalarını sevən İranlı turistlər ticarət mərkəzlərindən bol-bol alış-veriş edirlər. Bunu nəzərə alan mağazalar konseptlərində  dəyişikliklər etmək məcburiyyətində qalıb. Bir çox mağazalar fars dilini bilən işçiləri işə qəbul ediblər. Hətta vitirinlərə fars dilində  "endirim" elanları yazanlar da var.

Qeyd edək ki,  2013-ci ildə İstanbula 386 min 339, 2014-ci ildə 590 min 920, 2015-ci ildə 755 min 707, 2016-cı ildə 648 min 176 nəfər iranlı turist gəlib. Cari ilin 6 ayında bu rəqəm 337 min 259 nəfər olub. 

İranlılar say baxımından İstanbula gələn alman turistləri üstələyiblər.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri