15 
Sen
2017
14:36
92
57
3205
Virtual karabakh

Qəbələyə səfər edən turistlərin sayı açıqlandı

15 Sen, 2017
14:36
3205

Qəbələyə səfər edən turistlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq yay mövsümü başa çatıb. Yay mövsümündə ölkəmizin bölgələrdə yerləşən turizm məkanlarına istər yerli turistlər, istərsə də xarici turistlər səfər edib. Bəs, görəsən, yayda Qəbələyə nə qədər turist səfər edib.

Oxu.Az xəbər verir ki, bu barədə Qəbələ Turizm  İnformasiya Mərkəzindən fins.az-a verilən məlumata görə, iyunda Qəbələyə 19245 nəfər turist gəlib.

Bunlardan 6845-i yerli, 12400-ü isə əcnəbi turistlərdir. Ən çox turist Qəbələyə iyul ayında gəlib. Belə ki, iyulda bu bölgəyə ümumilikdə 45463 turist gəlib ki, bunlardan 12204-ü yerli, 33259-u isə əcnəbi turistlər olub. Yayın son ayında isə Qəbələyə ümumilikdə 39191 turist gəlib. Bu saydan 10683-ü yerli, 28508-i isə əcnəbi turistlər olub. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri