18 
Sen
2017
18:45
65
127
2782
Virtual karabakh

Azərbaycan bu il ərzində 25 ölkədən xarici vətəndaş qəbul edib.

18 Sen, 2017
18:45
2782

Azərbaycan bu il ərzində 25 ölkədən xarici vətəndaş qəbul edib.

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha çox xarici vətəndaş qəbul etdiyi ölkələr sırasında Rusiya liderlik edir.

Oxu.Az Trend-ə istinadan məlumat verir ki, Azərbaycana daha çox turistin gəldiyi ilk 5 ölkənin siyahısında sonrakı yerləri Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri tutur.
Ardıcıllıq üzrə Azərbaycana daha sonra Ukrayna, İraq, Qazaxıstan, Birləşmiş Krallıq, Səudiyyə Ərəbistanı, Oman, Özbəkistan, Almaniya, ABŞ, Türkmənistan, Belarus, Pakistan, İsrail, Hindistan, Küveytdən turist gəlir.

Azərbaycanın nisbətən daha az turist qəbul etdiyi siyahıdakı sonuncu 5 ölkə isə İtaliya, Çin, Fransa, Qətər, Niderlanddır.

Ümumilikdə, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 1 milyon 513 min turist gəlib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artım deməkdir. Təkcə iyul ayında ölkəmizə 330 min turist gəlib ki, bu da sözügedən müddət ərzində ən çox turistin gəldiyi aydır.
Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə deyib ki, sevindirici hal Körfəz ölkələrindən gələn turistlərin sayında ciddi artımın müşahidə olunması, eyni zamanda qonşu ölkələrdən – Türkiyə və Gürcüstandan, İrandan gələn turistlərin sayında artım olmasıdır.

Nazirliyin şöbə müdiri qeyd edib ki, ölkədə turizmdən gələn gəlirlər ümumi daxili məhsulun 4,1 faizini təşkil edir. Ölkəyə gələn turistlərin qalma müddəti 5-7 gündür. Turistlər səfər müddətlərinin 3-4 gününü Bakıda qalır, qalan günləri isə paytaxta daha yaxın olan regionlara səfər edirlər. Azərbaycana gələn hər bir turist 700-1000 ABŞ dolları məbləğində vəsait xərcləyir.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri