23 
Sen
2017
09:24
220
46
4183
Virtual karabakh

Turistlər Azərbaycanda 1,3 milyard dollar xərcləyib

23 Sen, 2017
09:24
4183

Turistlər Azərbaycanda 1,3 milyard dollar xərcləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin birinci yarısında Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı xidmətləri 6,2 milyard dollar təşkil edib.

Oxu.Az-ın məlumatına görə, Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.

Bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.

Hesabata əsasən, bunun 4,1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2,1 milyard dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 13,9 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Bu xidmətlər üzrə dövriyyə 858 milyon dollar təşkil edib. Bu məbləğin 48,5 faizi (416 milyon dollar) qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə bağlıdır. Qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 442 milyon dollara bərabər olub.

2017-ci ilin ilk 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq, 2,5 milyard dollara bərabər olub. Hesabata əsasən, xarici turistlər Azərbaycanda azərbaycanlı turistlərin xərclədiyi vəsaitdən 100 milyon dollar daha çox vəsait xərcləyib. Belə ki, xarici turistlərin Azərbaycandakı xərcləri 1,3 milyard dollar, azərbaycanlı turistlərin xaricdəki xərcləri 1,2 milyard dollar təşkil edib.

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 60,5 faiz azalaraq, 31 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 24,5 faiz artaraq 386 milyon dollara bərabər olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri