27 
Sen
2017
12:26
106
69
1892
Virtual karabakh

Nazir: Əcnəbilər və ölkə vətəndaşları üçün menyuda və qiymətlərdə fərq olmamalıdır

27 Sen, 2017
12:26
1892

Nazir: Əcnəbilər və ölkə vətəndaşları üçün menyuda və qiymətlərdə fərq olmamalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Hesab edirəm ki, əcnəbilər və ölkə vətəndaşları üçün menyuda və qiymətlərdə fərq olmamalıdır. Hansısa fakt varsa, müvafiq qurumlar tədbir görməlidir".

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm günü ilə əlaqədar keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, yol kənarlarında yeni, müasir tipli restoranlar yaradılıb: "Bununla bağlı "Azəravtoyol" ASC ilə danışıqlar aparılıb. Yolboyu bir necə yerdə mədəni xidmət mərkəzlərinin, o cümlədən sanitar qovşaqların yaradılması müzakirə edilib. Bunun mərkəzləşdirilmiş şəkildə olması planlaşdırılır. Eyni zamanda, sahibkarlar da bunu fikirləşməlidirlər”.

Nazir əlavə edib ki, müxtəlif dərəcəli hotellərin inşası insanların bu sahəyə marağını göstərir: "Azərbaycan 3,5 milyon turist qəbul etmək iqtidarındadır. Yeni tədbirlərin keçirilməsi bu tələbatı artıracaq. Sərmayəçi turizm müəssisəsi inşa edə bilər, amma orada çalışan insanların hazırlıq səviyyəsi bizim diqqət mərkəzimizdə olmalıdır. Biz bu rəqəmlərin çoxalmasına diqqət etməliyik".

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri