Noy
2017
16:28
160
15
6898
Virtual karabakh

Türkiyə turizmdən əldə etdiyi gəliri açıqladı

1 Noy, 2017
16:28
6898

Türkiyə turizmdən əldə etdiyi gəliri açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Statistika Təşkilatı iyul-sentyabr ayları üzrə turizm statistikasını açıqlayıb.

Oxu.Az xəbər verir ki, Türkiyənin turistlərdən əldə etdiyi gəlir cari ilin üçüncü rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,6 faiz artıb. Nəticədə 11 milyard 391 milyon 668min dollar olub. 

Turizmdən əldə olunan gəlirin 77 faizi xaricilərin, 23 faizi isə xaricdə yaşayan və ölkəyə səfər edən yerli vətəndaşların payına düşüb.

Xərcləmələrin 8 milyard 855 milyon dollarını fərdi, 2 milyard 536 milyon dollarının paket tur xərcləmələri təşkil edib.

Turistlər adambaşına ortalama 684 dollar xərcləyiblər. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri