Noy
2017
15:51
79
61
2491
Virtual karabakh

İlin əvvəlindən Gürcüstana bu qədər azərbaycanlı turist gedib

3 Noy, 2017
15:51
2491

İlin əvvəlindən Gürcüstana bu qədər azərbaycanlı turist gedib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstana Azərbaycandan 1 mln. 430 min 703 nəfər ziyarətçi səfər edib.

Oxu.Az xəbər verir ki, bu barədə APA Gürcüstan bürosuna istinadən məlumat yayıb. Qeyd edilir li, bu, ötən ilin analoji göstəricisindən 10,8% çoxdur.

Oktyabr ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 130 914 nəfər təşkil edib.

Cari ilin ilk 10 ayı ərzində Gürcüstana səfər edən əcnəbilərin ümumi sayı 6 mln. 430,824 min nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.

Qonşu ölkəyə ən çox səfər edən xarici ziyarətçilər arasında Azərbaycanla yanaşı, Ermənistan (15,8% artım), Rusiya (33,3%),) və İran vətəndaşları (122,8%) da yer alıb.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri