17 
Noy
2017
12:33
20
73
4864
Virtual karabakh

Azərbaycana bu ölkələrdən gəlirlər

17 Noy, 2017
12:33
4864

Azərbaycana bu ölkələrdən gəlirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya vətəndaşları Azərbaycana gələn xarici turistlərin sayına görə liderdir. Son vaxtlar qonşu ölkəyə tur axını sürətlə artır.

Oxu.Az xəbər verir ki, Report .az bu barədə Rusiya mətbuatına istinadən məlumat yayıb.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə istinadən yayılan məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkəyə xaricdən 2,27 milyon turist gəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20,1% çoxdur.

Xarici turistlərin tərkibində Rusiya vətəndaşları üstünlük təşkil edib. 9 ay ərzində Azərbaycan şimal qonşusundan 727 577 nəfəri qəbul edib ki, bu da bütün xarici turistlərin 32%-i deməkdir.
Növbəti yerlərdə Gürcüstan (439 305 nəfər), İran (320 904 nəfər), Türkiyə (249 210 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (81 742 nəfər), İraq (54 242 nəfər), Ukrayna (49 809 nəfər) və Səudiyyə Ərəbistanı (31 821 nəfər) qərarlaşıb.

Rusiyanın turoperatorları bildirir ki, Azərbaycana səfər edən turistlər bu ölkəyə daha çox səyyah kimi, qismən isə ezamiyyət və işgüzar çərçivədə gedir. Bununla yanaşı, Azərbaycan Rusiya vətəndaşlarının klassik turla da getdiyi populyar ölkələrdən biridir və bu ölkəyə axın getdikcə artır. 2017-ci ildə dinamika 7% olub.

"Rusiya vətəndaşları Azərbaycanda təşkil olunmuş istirahətə üstünlük verir. Onlar hotel bron edilməsi, aviabilet və sığorta alınması məsələləri ilə məşğul olmaq istəmir. Üstəlik, turpaket əldə etməklə səyahət fərdi səyahətdən ucuz başa gəlir", - deyə Rusiyanın milli turoperatonunun təmsilçisi bildirib.

Bundan başqa, onun sözlərinə görə, Rusiya turistləri Azərbaycanda daha çox çimərlikləri ilə məşhur Novxanı, Şıx və Bilgəh kimi kurort qəsəbələrinə maraq göstərir. Bu yerlərdə 1 həftə dincəlmək qidalanma daxil olmaqla, turistlərə 35 min rubla (təxminən 1 000 manata) başa gəlib.
Bununla yanaşı, dünyada analoqu olmayan Naftalan nefti də qonşu ölkənin turistlərinin marağındadır. Bu şəhərdəki sanatoriyaya baş çəkənlər 14 gün qalırlar.

Qış mövsümündə, Yeni İl ərfəsində isə Rusiya vətəndaşları Bakıya gəlməyə, eləcə də, Şahdağ Qış-Yay Turizm Kompleksinə getməyə üstünlük verir. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri