20 
Noy
2017
13:38
129
60
1623
Virtual karabakh

Azərbaycana gələn turistlərin sayı 20 faiz artdı

20 Noy, 2017
13:38
1623

Azərbaycana gələn turistlərin sayı 20 faiz artdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım var.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

K.Quluzadə bildirib ki, 2016-cı illə müqayisədə bu il artım tempi daha yüksək olub: “Əgər 2016-cı ildə turistlərin sayında 12 faizə qədər artım olmuşdusa, bu il bu artım 20 faiz olub”.

K.Quluzadə vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyev turizm sahəsinin inkişafına böyük dəstək göstərir və ölkədə infrastruktur xeyli inkişaf edib: “Qarşıya qoyulan plana əsasən, 2020-ci ildə Azərbaycana gələn turistlərin sayı 4.5 milyon nəfər olmalıdır, lakin turistlərin sayında inkişaf tempinə əsasən deyə bilərik ki, bu rəqəmə daha tez nail olunacaq. Azərbaycana gələn turistlərin coğrafiyasında da genişlənmə var və bütün istiqamətlərdən ölkəyə gələn turistlərin sayında artım müşahidə edilir”.

K.Quluzadə qeyd edib ki, Azərbaycanda keçirilən Formula-1 yarışması və digər beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın turizm imkanları barədə təbliğat aparılır.

Onun sözlərinə görə, növbəti ildən xaricdə sərgilərin keçirilməsi planlaşdırılır.

K.Quluzadə hesab edir ki, yaxın 15 ildə Azərbaycana turizmdən gələn gəlirlər karbohidrogen sahəsindən gələn gəlirlə eyni olacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri