29 
Noy
2017
21:05
16
79
1867
Virtual karabakh

Turizm şirkətlərinin üzərinə hansı öhdəliklər düşür? – VİDEO

29 Noy, 2017
21:05
1867

Turizm şirkətlərinin üzərinə hansı öhdəliklər düşür? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Turizmdə əsas məsələlərdən biri turistlərin təhlükəsizliyidir. Son zamanlar səyahət üçün maraqlı olan bir çox coğrafi məkanlarda terror və digər təhlükələrin olduğunu nəzərə alsaq, yerli turistlərin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlir. Bəs bununla bağlı turizm şirkətlərinin üzərinə hansı öhdəliklər düşür?

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, son zamanlar Yaxın Şərq ölkələrində yaşanan gərginlik fonunda Azərbaycandan bu regiona üz tutanların sayında azalma müşahidə olunmur. Yerli turistlərin gəzib-görmək istədiyi ölkələr sırasında təhlükəli hesab olunanlar da var.

Turizm şirkətlərində çalışan işçilərin sözlərinə görə, gəzmək üçün istədiyi ölkəni seçmək müştərinin öz seçimidir. “Qara turizmə”də marağı olan kifayət qədər yerli turist var. Onlar müharibədən sonrakı vəziyyəti görmək, araşdırmaq məqsədi ilə təhlükəli bölgələrə yollanırlar.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən isə bildirildi ki, digər ölkələrdə baş verən təhlükələrlə bağlı yalnız Xarici İşlər Nazirliyi bəyanat yaydıqdan sonra turizm şirkətlərinə turistləri təlimatlandırmaqla bağlı tövsiyələr oluna bilər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri