11 
Yan
2018
18:13
171
29
9333
Virtual karabakh

Sudanın gizli xəzinəsi: Piramidalar

11 Yan, 2018
18:13
9333

Sudanın gizli xəzinəsi: Piramidalar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Sudanın gizli xəzinəsi – Sudan piramidaları, digər adı ilə Nubiya piramidaları Misirdəkilərin əksinə, susuz səhralarda baxımsız qalıb. Çoxlarının varlığından xəbərdar olmadığı bu tikililər ölkədəki müharibə fonunda unudulub.

Oxu.Az xəbər verir ki, Nubiya piramidaları Moreo bölgəsində, Sudanın paytaxtı Hartumdan 200 km şimalda, Baqraviyahda yerləşir. Həmin ərazidə 255 piramida var. Misir piramidaları “Yuneskonun mədəni irsləri” siyahısına salınsa da, Sudandakı piramidalar buraya daxil edilməyib.

Həmin piramidalara turist axını, demək olar ki, yoxdur.

Piramidaların yerləşdiyi bölgə, Moreo adası – bir vaxtlar Qara Fironlar olaraq tanınan Quş krallığı hökmdarlarının yaşadığı paytaxt olub. E.ə. 720-300-cü illərdə tikilən piramidaların uzunluğu 6 və 30 metr arasında dəyişir. Giriş qisimləri günəşin doğuşunu qarşılamaq üçün qərbə doğru inşa edilib. Yüz illərdir yaşayan bu canlı tarixin inşası Misir piramidaları tikiləndən sonra başa çatıb.

YUNESKO-ya görə, piramidaların dekorasiyasında istifadə olunan Misir, Yunan və Roma mədəniyyətinə aid detallar onları qiymətsiz bir əsərə çevirib. Ancaq Hartum Beynəlxalq Muzeyinin direktoru Abdel-Rəhman Ömərin ifadəsinə görə, XIX əsrdə bəzi arxeoloqlar piramidaların qızıl hissələrini söküblər.

Ölkədəki vətəndaş müharibəsi Sudan turizmini süquta uğradır. Əl-Bəşir hökuməti isə bu qiymətli tarixi əsərlərə yetərincə diqqət ayırmır.

Qatar Sudanın bu tarixi əsərlərinin yenilənməsi üçün 135 milyon dollar pul ayırsa da, bu əraziyə gələn turistlərin sayı ildə 15 mini keçmir.

Sudan piramidaları səhranın ortasında qeyb olmuş bir şəhər kimi onu kəşf edən ziyarətçiləri gözləyir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri