28 
Yan
2018
13:47
297
85
6634
Virtual karabakh

“İran Air” Azərbaycana qayıdır

28 Yan, 2018
13:47
6634

“İran Air” Azərbaycana qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İran Air” aviaşirkəti üçillik fasilədən sonra Tehran-Bakı aviareyslərini bərpa edir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə şirkətin İctimayyətlə Əlaqələr İdarəsinin nümayəndəsi məlumat verib.

İranın Airbus 320 təyyarəsinin yanvarın 29-da yerli vaxtla saat 16:05-də (GMT + 3: 30) Tehrannan Bakıya yola düşəcəyi bildirilib.

Aviaşirkət rəsmisi qeyd edib ki, nəzərdə tutulmuş aviareys faktiki olaraq “İran Air” aviaşirkətinin Azərbaycana qayıdışı anlamına gəlir.

Onun sözlərinə görə, hal-hazırda həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı günləri) həyata keçiriləcək uçuşların cədvəli hazırlanır.

Qeyd edək ki, hər il iki ölkə arsında mühüm turist mübadiləsi baş verir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, 2017-ci ilin yanvar-noyabr aylarında ölkəmizə gələn iranlı turistlərin sayı təqribən 340 min nəfər təşkil edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri