31 
Yan
2018
11:34
54
109
1695
Virtual karabakh

Nazir: Üçulduzlu hotellərin yaradılması istiqamətində işlər aparılır

31 Yan, 2018
11:34
1695

Nazir: Üçulduzlu hotellərin yaradılması istiqamətində işlər aparılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda imkanların yaxşılaşması insanların öz vətənlərində istirahət etməsinə gətirib-çıxarıb.

Oxu.Az xəbər verir ki, bunu mədəniyyət və turizm nazirir Əbülfəs Qarayev xaricə gedən azərbaycanlıların sayında dörd faiz azalma baş verməsinə münasibət bildirərkən deyib. 

O bildirib ki, ölkədə istirahət mərkəzlərində boş yerlər azdır:

“Fərdi evlərin turistlərə istifadəyə verilməsi istiqamətində işlər gedir. Kənd sakinləri üçün Mədəniyyət Nazirliyi, Azərbaycan Turizm Assosasiyası tərəfindən xüsusi təlimlər keçirilir. O cümlədən, rayonlarda üçulduzlu hotellərin yaradılması istiqamətində fəaliyyətlər aparılır”.

Nazir hazırda paytaxtda hostellərin yaradılmasının geniş yayıldığını deyib:

“Ölkədə 100-ə qədər hostel var. Onların yerləşdirilmə xidmətləri, qiymətləri müxtəlifdir. Bütün hallarda hostellər hotellərdən ucuzdur”.

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri