10 
Fev
2018
10:52
260
25
3909
Virtual karabakh

Ufadan Bakıya birbaşa aviareys açılır

10 Fev, 2018
10:52
3909

Ufadan Bakıya birbaşa aviareys açılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Ufa şəhərindən Bakıya birbaşa aviareyslər açılır.

Oxu.Az-ın UfacityNews.ru saytına istinadən xəbərinə görə, uçuşları “Saratov Hava Yolları” şirkəti həyata keçirəcək.

Uçuşlar 29 mart tarixindən etibarən “AN-148” təyyarəsində cümə axşamı günləri həyata keçiriləcək. 

Ufa beynəlxalq aeroportundan uçuş yerli vaxtla 21:55-də, Heydər Əliyev hava limanına eniş isə Bakı vaxtı ilə cümə günü gecə saat 00:15-də olacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.

Geri uçuşlar Bakı vaxtı ilə 05:40-a, Ufaya eniş isə yerli vaxtla 10:00-a təsadüf edəcək.

Promo-tarif üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 20 516 rus rublu (353 ABŞ dolları) təşkil edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri