Mar
2018
17:05
189
44
4176
Virtual karabakh

Bakı – Abu-Dabi reysi açılıb

2 Mar, 2018
17:05
4176

Bakı – Abu-Dabi reysi açılıb

Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcıları – AZAL və “Etihad Airways” arasında razılaşmaya əsasən, Abu-Dabi (AUH) – Bakı (GYD) – Abu-Dabi (AUH) marşrutu üzrə birgə reyslərin ilk dəfə yerinə yetirilməsinə başlanılıb. Uçuşlar hər həftə - çərşənbə, cümə və şənbə günləri “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.

Oxu.Az xəbər verir ki, ilk reys “EY297” martın 2-də göyərtəsində “Etihad Airways” aviaşirkətinin rəhbər heyəti, diplomatlar, KİV təmsilçiləri və digərlərinin də daxil olduğu xüsusi nümayəndə heyəti ilə Abu-Dabidən uçub.

Heydər Əliyev Beynəlxalq Aeroportuna enən təyyarə ənənəvi “su arkası” ilə qarşılanıb, pilot kabinəsindən Azərbaycan və BƏƏ-nin bayraqları dalğalanıb.

Elə həmin gün AZAL QSC-nin prezidenti Cahangir Əsgərov və “Etihad Airways” aviaşirkətinin Baş İcraçı Direktoru Piter Baumqartnerin görüşü keçirilib. Görüşdə Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcılarının əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub. 

Cahangir Əsgərov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində Azərbaycanın mülki aviasiyası sürətlə inkişaf edir. Son illərdə mülki aviasiyanın maddi-texniki bazasının gücləndirilməsi və onun müasir səviyyəyə çatdırılması istiqamətindəki işlər ardıcıl və sistemli xarakter daşıyır.

“AZAL və “Etihad Airways” mülki aviasiya sahəsində köhnə tərəfdaşlardır. Azərbaycan və BƏƏ-ni müntəzəm sərnişin daşımaları əlaqələndirir, aviaşirkətlər arasında birgə reyslərin açılması isə Azərbaycan vətəndaşlarına uçuşların coğrafiyasını daha da genişləndirməyə imkan verəcək, əlavə turist axını cəlb edəcək və işgüzar səfərlər üçün daha çox imkanlar yaradacaq”, - deyə AZAL QSC-nin prezidenti bildirib.

Piter Baumqartnerin sözlərinə görə, yeni reys BƏƏ-dən sərnişin axınının daha da artmasına və iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə səbəb olacaq. “Abu-Dabi və Bakını birləşdirən müntəzəm reyslərin açılmasına çox şadıq. 2015-ci ildə Azərbaycan tərəfindən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza alınması proqramı ölkəyə olan marağı əhəmiyyətli dərəcədə stimullaşdırıb ki, bu da yüksək turist axını artımına səbəb olub”, - “Etihad Airways” aviaşirkətinin Baş İcraçı Direktoru qeyd edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri