24 
Mar
2018
10:31
364
106
4930
Virtual karabakh

Bakı aeroportu MDB-də ən yaxşı hava limanıdır

24 Mar, 2018
10:31
4930

Bakı aeroportu MDB-də ən yaxşı hava limanıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı 2018-ci ildə Britaniyanın Skytrax marketinq şirkəti tərəfindən sərnişinlər arasında apardığı sorğu nəticəsində hazırlanan World Airport Awards reytinqində 65-ci yerə layiq görülüb.

Oxu.Az-ın xəbərinə görə, siyahıya ardıcıl altıncı dəfə Çanqi Sinqapur Beynəlxalq Hava Limanı başçılıq edib.

Cənubi Koreyanın İnçhon aeroportu ikinci, Tokionun Xaneda hava limanı isə üçüncü olub. 

Eyni zamanda Heydər Əliyev Beynəlxalq Hava Limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı aerport seçilib.

Bakı aeroportu həmçinin bir il ərzində beş milyondan çox sərnişinə xidmət göstərən hava limanları arasında üçüncü olub.

Skytrax World Airport Awards reytinqi 2017-ci ilin avqustundan 2018-ci ilin fevralına qədər dünyanın 550 aeroportunda 13,73 milyon sərnişin arasında aparılan sorğu nəticəsində hesablanıb. Sərnişinlər hava limanlarını 39 meyar əsasında qiymətləndiriblər: sanitar qovşaqlarının təmizliyi və nəqliyyat xidmətindən tutmuş mağazaların müxtəlifliyi və personalın xoş xarici görünüşə malik olmasına qədər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri