May
2018
10:05
164
16
3168
Virtual karabakh

Hava limanlarında “ASAN Viza”ların verilməsinə başlanılır

4 May, 2018
10:05
3168

Hava limanlarında “ASAN Viza”ların verilməsinə başlanılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 15-dən etibarən 15 dövlətin vətəndaşlarına hava limanında “ASAN Viza”lar veriləcək.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

“ASAN xidmət”in sədri bildirib ki, may ayının 15-dən başlayaraq 15 dövlətin - Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına Azərbaycanın hava limanlarında “ASAN Viza”lar veriləcək. 

Ü.Mehdiyev vurğulayıb ki, bu günə qədər 420 minə yaxın əcnəbiyə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib. 

“ASAN xidmət”in sədri qeyd edib ki, 2017-ci ilin yanvar ayından “ASAN Viza” sistemi vasitəsilə əcnəbilərə üç saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri