21 
May
2018
22:41
135
90
15052
Virtual karabakh

Təyyarə ovu - FOTOREPORTAJ

21 May, 2018
22:41
15052

Təyyarə ovu - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən spottinq keçirilib.

Oxu.Az-ın məlumatına görə, onlarla “təyyarə ovçusu” “Boeing-767”, “Boeing-757”, “Airbus A340”, “A320”, həmçinin “Boeing 747F” və “İL-76” yük təyyarələrinin qalxması və yerə enməsini çəkmək üçün unikal imkan əldə ediblər.

Rəsmi çəkiliş zamanı aeroportun ərazisində fotokameraların obyektivinə təyyarələrin havaya qalxması və enişi, hava limanı xidmətlərinin fəaliyyəti düşüb.

Həmçinin iştirakçılar hava gəmilərinə yerüstü xidmət prosesini və aerodrom texnikasının işini canlı müşahidə edə bilib.

Havanın günəşli olması həm spotterləri, həm də iş başında olanları sevindirib.

Spottinq zamanı aeroport adi bir gün yaşayırdı: təyyarələr havaya qalxır və eniş edir, yerüstü xidmətlərin əməkdaşları isə onlara xidmət göstərirdi. Bunun dəfələrlə lentə alınmasına baxmayaraq, fotoqraflar hər dəfə özləri üçün yeni nə isə kəşf edirdilər.

Uçma və enmə zolağında təyyarələri seyr etmək, turbinlərin səsini eşitmək, və gözəl kadrlar lentə almaq - sevimli iş və gözəl əhval-ruhiyyə bəxş edir.

Qeyd edək ki, aviasiya spottinqi - təyyarələrin fotoçəkilişi və müşahidəsi - aviasiyaya və fotoqrafiyaya meyl göstərən minlərlə insanları birləşdirən həvəsdir. Aviaspottinq həvəskarları bütün dünyada hava gəmilərinin ən yaxşı kadrlarını çəkir və bölüşürlər.

Sadiq FƏRZƏLİBƏY
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri