11 
İyn
2018
14:46
441
79
8593
Virtual karabakh

Ruslar Azərbaycana axın edir

11 İyn, 2018
14:46
8593

Ruslar Azərbaycana axın edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya vətəndaşlarının Azərbaycana səfəri ötən il ilə nisbətdə altı faiz artıb. Bununla bağlı “TurStat” analitik agentliyi məlumat yayıb. 

Oxu.Az xəbər verir ki, “TurStat” 2018-ci ilin I rübündə Rusiya vətəndaşlarının turist qismində səfər etdiyi ölkələrin reytinqini tərtib edib. 

Bu dövr ərzində Rusiyadan Azərbaycana gələnlərin sayı 147 min olub ki, bu da ötən il ilə müqayisədə 6 faiz çoxdur. Azərbaycan bu reytinqlə 15-ci yerdə qərarlaşıb. 

Siyahıda ötən illə müqayisədə ən çox artım Qətər, BƏƏ və Türkiyəyə səfərlərdə qeydə alınıb. 

Türkiyə bu siyahıda 11-ci, Gürcüstan isə 14-cü olub. 

Bu ilin birinci rübündə ümumilikdə Rusiyadan turist qismində 7,5 milyon insan başqa ölkələrə gedib. Bu, ötən illə müqayisədə 12 faiz çoxdur. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri