25 
İyl
2018
16:32
258
20
4020
Virtual karabakh

Türkiyəyə uçuşların sayı üç dəfə artırıldı

25 İyl, 2018
16:32
4020

Türkiyəyə uçuşların sayı üç dəfə artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib.

Oxu.Az xəbər verir ki, görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak edib.

Görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib. Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən üç dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb.

Uçuş hüququ Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün aviaşirkətlərinə şamil ediləcək.

Bundan əlavə, tərəflər “Hava əlaqəsi haqqında” yeni saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər.

Həmin saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli “Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş”i əvəz etməlidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri