Avq
2018
10:53
164
52
2655
Virtual karabakh

Gürcüstana səfər edənlər arasında azərbaycanlılar liderdir

4 Avq, 2018
10:53
2655

Gürcüstana səfər edənlər arasında azərbaycanlılar liderdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son yeddi ayda Gürcüstana edilən beynəlxalq səfərlərin çox hissəsi Azərbaycandan həyata keçirilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze məlumat verib. 

Azərbaycandan sonra bu siyahıda Rusiya, Türkiyə və Ermənistan gəlir. 

Son yeddi ayda Gürcüstana səfər edənlərin sayı 4 mln. 600 min olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artım deməkdir. 

Gürcüstana gələnlərin əksəriyyəti quru və hava nəqliyyatından istifadə edir. 

Son yeddi ayda əcnəbi turizmdən gələn gəlir 1 mlrd. 700 mln. dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz çoxdur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri