Avq
2018
15:47
243
17
3642
Virtual karabakh

Türk dövlətləri vahid viza tətbiq edə bilər

8 Avq, 2018
15:47
3642

Türk dövlətləri vahid viza tətbiq edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstanı turistlər üçün nəzərdə tutan “İpək yolu” vizasına qoşulmağa çağırıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Kazinform” nəşri məlumat yayıb. 

Bu rejim İpək yolundan istifadə edən əcnəbi turistlərin Qazaxıstan-Özbəkistan sərhədini rahat keçməsinə imkan verəcək.

Məlumatlara görə, Qazaxıstan və Özbəkistan məsələ ilə bağlı razılığa gəliblər. 

Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multiviza rejiminin “Müasir İpək yolu” layihəsi çərçivəsində həyata keçirilməsi gözlənilir. Hazırda Türk Şurasına daxil olan ölkələr bu məsələ ilə bağlı işləri davam etdirir. 

“Sözdən işə keçməliyik, sentyabrın 3-də Qırğızıstanda keçirilməsi planlaşdırılan Türk Şurasının dövlət başçılarının sammitinə turizm üzrə keyfiyyətli həll hazırlamalıyıq”, - Qazaxıstanın idman və mədəniyyət naziri Arıstanbek Muhammediuli deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri