10 
Avq
2018
16:51
192
293
21395
Virtual karabakh

Gürcüstana gedək, çəkək, qayıdaq...

10 Avq, 2018
16:51
21395

Gürcüstana gedək, çəkək, qayıdaq...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda gənclər arasında yeni trend yaranıb: “Bəlkə, Gürcüstana gedək, çəkək, qayıdaq?”

Bu, onunla bağlıdır ki, qonşu və dost ölkədə marixuananın leqallaşdırılması ilə bağlı qanun qəbul edilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, hər il marixuananın saxlanılması, daşınması və istifadəsinə görə yüzlərlə insan müxtəlif cəzalar alır. Sirr deyil ki, Azərbaycanda da marixuanaya pul vermək istəyənlər az deyil. Məhz bu cür insanlar arasında belə trend meydana gəlib – bəlkə, gedib Gürcüstanda çəkək...

Hamı Gürcüstana

Ona görə insanlar təəccüblənir ki, Gürcüstanda bu qədər turist haradandır. Rəqəmlər isə kosmikdir. Təsəvvür edin ki, ötən il Gürcüstana ölkənin əhalisindən iki dəfə çox turist gəlib. 

“Təkcə 2017-ci ildə ölkəyə 7,55 milyon qonaq gəlib (il ərzində artım - 18,8%). Turist axını Gürcüstanda əhalinin sayını da artırıb, son rəqəmlərə görə, hazırda bu ölkədə 3,7 milyon insan yaşayır. 2017-ci ildə turizmdən gələn gəlir iki milyard dollar təşkil edib. Gürcüstanın 2018-ci il üçün büdcəsi 3,9 milyard dollardır”. 

İş burasındadır ki, Gürcüstanda turizmlə məşğul olan adamlar çalışır ki, buraya gələn insanlar, misal üçün, Acariyaya getsinlər, burada vaxtlarını effektiv, iqtisadi cəhətdən uyğun və “kef”lə keçirsinlər. 

Gözəl hotellər, qonaqpərvər personal, restoranlar, kazino, indi isə marixuana çəkmək icazəsi var. 

“Hər gün dostlarımızla kazino və seksə görə Gürcüstana gedirik. Azərbaycanda qumar oynamaq üçün qeyri-qanuni yerlər mövcuddur. Ancaq buralarda ələ keçmək çox asandır. Məhz buna görə də istirahət üçün Gürcüstanı seçmişik. Bir neçə saat maşınla gedirik və artıq buradayıq”, - Tbilisdə olan azərbaycanlı turist Oxu.Az-a açıqlamasında bu fikirləri deyib. 

Həqiqətən də, son yeddi ayda Gürcüstana beynəlxalq səfərlər ən çox Azərbaycandan edilib. 

Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırovun sözlərinə görə, Gürcüstan ikinci Amsterdama çevrilir. 

“Əlbəttə, turistlər istirahət üçün Gürcüstana gedəcəklər. Gürcüstanı Amsterdamla da müqayisə etmək olmaz. Onu qonşu Azərbaycandan üstün edən daha bir məsələ var – Gürcüstanda hər şey Hollandiyadakından daha ucuzdur”, - turizm üzrə ekspert qeyd edib. 

Bağırov əlavə edib ki, müxtəlif ölkələrdən olan insanlar istirahət üçün Gürcüstanı seçirlər, azərbaycanlıların isə bəxti gətirib – bu, bizim dost və qonşu ölkəmizdir və Azərbaycandan Gürcüstana getməkdə heç bir problem yoxdur.

“Gürcüstan aktiv turizm təbliğatı aparır. Bakıda da Gürcüstanı reklam edən nəhəng bannerləri görə bilərik. Gecə klubları, Qara dənizə çıxış, kazinolar – bunlar azərbaycanlı turisti maraqlandırır.

Ancaq Gürcüstanla sərhəddə yaşayan insanlar da var. Və onlar da, misal üçün, Marneulidəki qohumlarının yanına getsələr, yenə də turist siyahısına daxil olurlar”, - müsahibimiz bildirib. 

Bağırov əlavə edib ki, bizdə bir çox cütlüklər var ki, rəsmi nikahda olmadıqları üçün Azərbaycandakı hotellərdə qala bilmirlər.

“Əlbəttə, bu cütlüklər də istirahət üçün sərfəli və yaxın olan Gürcüstanı seçirlər”, - ekspert deyib. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri