21 
Avq
2018
00:10
43
187
16918
Virtual karabakh

Türkiyə “all inclusive”dən imtina edir

21 Avq, 2018
00:10
16918

Türkiyə “all inclusive”dən imtina edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə otelləri “all inclusive” (hər şey daxil) sistemindən imtina edə bilər.

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, turizmin yeni inkişaf strategiyasına əsasən, Türkiyə səfər zamanı 1 min dollardan az olmamaq şərti ilə pul xərcləməyə hazır olan turistlərin gəlişində maraqlıdır. 

Bu yaxınlarda Türkiyənin turizm və mədəniyyət naziri Mehmet Ersoy bəyan edib ki, turist sayının artımı daha Türkiyəni maraqlandırmır. Əsas məqsəd turizmdən gəlirlərin artırılmasıdır.

Ersoy düşünür ki, bunu otellərdə dincələn turistlərdən yox, ölkə boyu səfər edən, yerli təamlardan dadan və yaxud müalicəyə gələn turistlərin hesabına əldə etmək mümkündür.  

www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri