24 
Avq
2018
16:58
62
57
9390
Virtual karabakh

Alkopona: Seçim bunlar idi - Praqa, Barselona və ya Bakı - MÜSAHİBƏ

Erməni əsilli Belarusdan olan bloqer Vlad Maqanın sosial şəbəkədə paylaşdığı Azərbaycana səfərindən çəkilmiş və vətənimizin gözəlliklərinin məqsədyönlü şəkildə azaldıldığı qalmaqallı süjetdən sonra “livejournal” internet-nəşrində ölkəmiz haqqında reallıqların əks olunduğu reportaj dərc olunub. 

Reportajı rusiyalı bloqer Vyaçeslav Alkopona hazırlayıb. O, Azərbaycanın bir neçə regionunda olub və öz təəssüratlarını öz bloqunda yerləşdirib. 

Oxu.Az Alkopona ilə görüşməyə nail oldu və ona bizi maraqlandıran bəzi sualları verdi: 

- Azərbaycana gəlməyə necə qərar verdiniz? Siz səfər üçün yer seçəndə Bakının rəqibləri vardı?

- Rusiyalı bilet satışı aqreqatları ilə əməkdaşlıq edir, səfər üçün maraqlı istiqamət axtarırdım. Həyat yoldaşımla məsləhətləşdim və Bakını seçmək qərarına gəldik. Əlbəttə, Bakıya rəqib kimi Praqa və Barselona kimi şəhərlər də var idi, amma nəticədə şərq atmosferini almaq istədik. 

- Sizin buraya səfəriniz ən çox nə ilə yadda qalıb? Ən ekstremal vəziyyət...

- İlk növbədə, kolorit və xüsusi memarlıq nümunələri yadda qalıb. Ən ekstremal səfərimiz Şəki və Lahıca olub. Payız axşamında Şəkidən qayıdan zaman qəfil qar yağmağa başladı. 

Qorxduq ki, yollar bağlansa, geri qayıda bilməyəcəyik və havaların düzəlməsini gözləməli olacağıq. Ancaq oradan qayıda bildik. Lahıc yolu, həqiqətən, ekstremaldır. 

- Azərbaycan milli mətbəxindən hansı yeməyi sevirsiniz?

- Düşbərə və qutabı çox sevirəm. Ümumiyyətlə, mən ət və xəmirin vəhdətini çox xoşlayıram. Ancaq əlbəttə ki, lülə və tikə kababdan da yan keçmərəm. Paxlava haqqında fikirlərimi dəyişmişəm.

Türk paxlavasına öyrəşmişdim, ancaq Bakı paxlavası çox dadlıdır. Armudu stəkanda kəklikotu çayı isə daha da ləzzətlidir. Bazardan alınmış, təzə və sulu pomidor isə ən yaxşısıdır. Yaşıl bazardan ev üçün çoxlu suvenirlər və üç kiloqram çay almışıq. 

- Bir müdət əvvəl erməni əsilli Belarus vətəndaşı olan Vlad Maqa adlı bloqer ölkəmiz haqqında təxribat xarakterli süjet yayımladı və bununla özünü reklam etdi. Bloqer həmin süjetdə bildirib ki, Azərbaycanda rus dilini bilən yoxdur, hər tərəfdə mədəniyyətsiz, irqçi insanlar var. Siz buna nə deyə bilərsiniz? Azərbaycan sizin yaddaşınıza necə həkk olunub?

- Təxribat xarakterli süjeti istədiyin yerdə çəkə bilərsən. Ancaq mən heç bir problem görmədim. Rus dilini bazarda, mağazada, barlarda və adi küçədə belə hər kəs bilir. 

Şəki və Lahıcda da bizimlə rus dilində çox yaxşı danışırdılar, burada küçələrdə post-patrul əməkdaşları isə, demək olar ki, görünmür. Əsas sual ondadır ki, kim nə axtarır. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri