Sen
2018
11:54
130
36
2214
Virtual karabakh

Azərbaycan Rusiyaya səfər edən ölkələrin ilk beşliyində

4 Sen, 2018
11:54
2214

Azərbaycan Rusiyaya səfər edən ölkələrin ilk beşliyində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TurStat” analitik agentliyi 2018-ci ilin ilk altı ayında Rusiyaya ən çox səfər edən ölkələrin siyahısını təqdim edib. 

Oxu.Az xəbər verir ki, Azərbaycan 396 min nəfərlə bu siyahıda beşinci yeri tutub.

Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə göstəricilərdə 2 faiz azalma müşahidə edilib. 

Reytinq əcnəbilərin Rusiyaya turizm səfərlərinin statistikası əsasında qurulub. 

2018-ci ilin ilk yarısında Rusiyada turizm göstəriciləri Cənub-Şərqi Asiya ölkələri və 2018-ci il futbol üzrə dünya çempionatı hesabına artıb. Məlumatlara görə, 667 min nəfərlə Çin artım siyahısına rəhbərlik edir. 

2018-ci ilin ilk altı ayında Rusiyaya sən çox səfər edən 10 ölkəni təqdim edirik:

Ukrayna, 3,730 min (-4%)
Qazaxıstan, 1,544 min (+1%)
Çin, 667 min (+21%),
Finlandiya, 461 min (-9%)
Azərbaycan, 396 min (-2%)
Polşa, 346 min (-9%)
Almaniya, 262 min (+10%),
Ermənistan, 260 min (-8%)
Moldova, 228 min (-7%)
Estoniya, 213 min (+15%)

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri