Sen
2018
11:38
98
13
1473
Virtual karabakh

Hədəf üç mindir: Ekstremal Azərbaycandan keçəcək

Krasnoyarskdan olan Vladimir Çernikov “Fars koridoru” adlı beynəlxalq ekspedisiyaya yollanmağa hazırlaşır. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, təklikdə velosipedlə üç min kilometrə yaxın yol qət etmək niyyətindədir. 

Onun marşrutu İran, Azərbaycan, Ermənistan, Gürcüstan, Cənubi Osetiya və Rusiyadan keçəcək. Marşrutun başlanğıcı Abadan, sonu isə Vladiqafqaz olacaq. 

Vladimirin sözlərinə görə, tək getməkdən qorxmur:

“Mən hətta atışmadan belə qorxmuram”.

Çernikovun əsas “yoldaşı” dağ velosipedi olacaq. O, özü ilə çadır, yataq kisəsi və paltar götürəcək. Ötən il Çernikov Çinin Sintzan-Uyğur rayonunda yerləşən Avrasiyada ən keçilməz yer sayılan ərazini dəf edən ilk şəxs olub.  

Sosial şəbəkə istifadəçilərinin bir çoxları Vladimirin bu marşrutu gedə biləcəyinə inanmır. Ona bunun mümkünsüzlüyünü bildiriblər. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri