29 
Okt
2018
18:11
162
78
3606
Virtual karabakh

Nahid Bağırov: Qışda Azərbaycanda turistlərin sayı xeyli az olur

29 Okt, 2018
18:11
3606

Nahid Bağırov: Qışda Azərbaycanda turistlərin sayı xeyli az olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qış dövründə Azərbaycanda digər illərlə müqayisədə turistlərin sayının artması gözlənilmir. Yay dövrü ilə müqayisədə isə turistlərin sayı xeyli az olacaq. 

Bu məlumatı Oxu.Az-a açıqlamasında Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov verib.

Onun sözlərinə görə, Azərbaycanda qış turizmi planında çox az təkliflər var - Şahdağ və Tufandağ.

“Yeni turist marşrutları yoxdur. Biz yeni ildən sonra turizm sahəsində canlanma gözləyirik”, - müsahibimiz bildirib. 

O qeyd edib ki, qış vaxtında turistlər Azərbaycan rayonlarındansa, Bakıya üstünlük verirlər.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri