Noy
2018
12:00
58
56
2758
Virtual karabakh

Qasım Nəsirov: Bakı-Cenevrə reysi turizmin inkişafına töhfə verəcək

7 Noy, 2018
12:00
2758

Qasım Nəsirov: Bakı-Cenevrə reysi turizmin inkişafına töhfə verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Cenevrə təyyarə reysinin açılması iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə və ikitərəfli turizm axınının artmasına səbəb ola bilər. 

Bunu Oxu.Az-a açıqlamasında İsveçrədəki Diaspora Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov bildirib.

Onun sözlərinə görə, bu reyslərin daimi olması vacibdir:

“Turizm şirkətləri vasitəsilə insanlar bizim ölkəyə maraq göstərə bilər. Məsələn, İsveçrədən Azərbaycana turlar təklif edən turizm şirkəti yaradıla bilər ki, bu da ölkəmizin turizminə öz töhfəsini verə bilər. Bu məsələdə biz məmnuniyyətlə dəstək ola bilərik”.

Qasım Nəsirov qeyd edib ki, İsveçrədəki Diaspora Koordinasiya Şurasının fəaliyyəti çoxtərəflidir:

“Məsələn, İsveçrədə yaşayan azərbaycanlı ailələrinin, xüsusilə də uşaqların öz ana dillərini və mədəniyyətini unutmaması üçün Azərbaycandilli məktəblərin imkanlarından istifadə edərək, bu ailələrin bir-biri ilə təmas qurmasına dəstək olunur.

Çeşidli tədbirlər vasitəsilə Azərbaycan xalqının önəmli bayram və kədərli günlərini qeyd edərək bir yerə toplanmasına nail oluruq. Eləcə də, isveçrəlilərə Azərbaycan mədəniyyətini tanıtmaq və həqiqətlərini çatdırmaq əsas məqsədimizdir”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri