12 
Noy
2018
12:54
54
37
8879
Virtual karabakh

AZAL-dan yeni aksiya

12 Noy, 2018
12:54
8879

AZAL-dan yeni aksiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya barədə elan edir.  

2018-ci il dekabrın 1-dən  2019-cu il martın 26-dək yerinə yetirilən  uçuşlarda ekonom-sinif üzrə aviabiletin tam dəyəri: 

Bakı-Pekin-Bakı  marşrutu üzrə - 399 avro 

Pekin-Bakı-Pekin marşrutu üzrə - 450 ABŞ dolları təşkil edəcək . 

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib.

Qeyd edək ki, endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur .  Aviabiletin dəyərinə pulsuz baqaj (23 kq-dək 1 yer), əl yükü (10 kq-dək, 55*40*23 sm-dək ölçüdə) və hava gəmisində isti yemək daxildir.  

Endirimli qiymətlərlə aviabiletləri www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.  

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin www.miles.azal.az saytında təqdim edilib. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik. 

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir: 

(+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880. 

Elektron poçt: [email protected]  

AZAL Miles bonus proqramına dair sualları [email protected] ünvanına, yaxud www.azal.az saytında doldurulan  əlaqə forması vasitəsilə göndərə bilərsiniz. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri