22 
Noy
2018
15:00
31
219
10995
Virtual karabakh

Azərbaycanlılar Yeni ili harada keçirməyə hazırlaşırlar? - FOTO

22 Noy, 2018
15:00
10995

Azərbaycanlılar Yeni ili harada keçirməyə hazırlaşırlar? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xoşbəxt olma anlayışı bayramları necə, hansı mühitdə və kimlərlə keçirməyə də aid olunur. Doğma və sevdiyi insanları həyatda ən önəmli görən və prioritet hesab edən insanlar üçün Yeni İli televiziya qarşısında onlarla keçirmək kifayətdir. Həm də sevdikləri ilə birgə səyahət edib daha gözəl və unudulmaz, qeyri-adi bayram keçirmək variantını seçənlər var. 

Səyahət hər fəsil üçün yaddaqalan günlər keçirməyin ən yaxşı yoludur. Yeni İl bayramını xüsusi qeyd edən ölkələri nəzərə alsaq, bu bayram üçün bundan yaxşı variant, yəqin ki, ağıla gəlmir. 

Görəsən, azərbaycanlılar 2019-cu ili harada qarşılamağı planlaşdırırlar? Nağıl kimi möcüzəli bəzənən və ab-hava yaradan Rusiya, Yeni İl yarmarkaları ilə məşhur olan Almaniya, “Milad paytaxtı” adlanan Strasburqun məxsus olduğu Fransa, yoxsa başqa harada?

“Amore Travel” turizm şirkətindən Oxu.Az-a bildiriblər ki, insanlar Yeni ili daha çox İstanbul və Dubayda keçirməyə üstünlük verirlər. Moskva, Dubay, İstanbul turları ucuz, Tailand, Paris, Praqa isə baha olur.

Qeyd edək ki, dekabrın 16-dan qiymətlər pik həddə qalxacaq. Turizm şirkətindən bildirilir ki, 1 ay, 15 gün qalmış bilet almağa hazırlaşdıqda biletlərin baha olduğu ilə rastlaşacaqsınız. Ən az 2-3 ay əvvəldən bilet almaq daha sərfəli olar.

Yeni ili atəşfəşanlıqları ilə məşhur olan Dubayda keçirmək sizə 690 dollardan başlayan qiymətlərə (hər şey - viza rüsumu, üç gecə dörd gün hoteldə qalmaq, transfer, sığorta daxil) başa gələcək.

Son zamanlar xüsusi maraq cəlb etmiş və hər fəsildə özünəməxsus gözəlliyi ilə seçilən Kapadokiyaya biletləri (hər şey - viza rüsumu, üç gecə dörd gün hoteldə qalmaq, transfer, sığorta daxil) 570 dollara əldə edə bilərsiniz.

Hər kəsə uyğun bayramı keçirmək şəraiti yaradan Praqaya bilet 699 avrodur (hər şey - viza rüsumu, üç gecə dörd gün hoteldə qalmaq, transfer, sığorta daxil).

Son illərdə Avropalıların Yeni İli qeyd etmək üçün ən sevimli istiqamətləri olan İtaliyanın Milan şəhərinə biletin qiyməti 588 avro (hər şey - viza rüsumu, üç gecə dörd gün hoteldə qalmaq, transfer, sığorta daxil) təşkil edir.

Moskvada yolkalarla bəzənmiş Qırmızı meydanda gəzərək möcüzəli nağıla düşmüş kimi hiss etmək 414 avroya (hər şey - viza rüsumu, üç gecə dörd gün hoteldə qalmaq, transfer, sığorta daxil) başa gəlir.

“Baku Holiday Travel” şirkəti azərbaycanlıların Yeni İl bayramını qeyd etmək üçün üz tutduqları ölkələrin statistikasını qeyd edir:

İstanbul, Dubay, Praqa, Moskva, Kiyev, Tbilisi, Helsinki, Şarm əl-Şeyx, Milan, Nyu-York onluqda qərarlaşır.

Nəzrin Həsənova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri