26 
Noy
2018
20:01
121
72
6536
Virtual karabakh

Azərbaycanda qış turizmi mövsümü nə vaxt açılacaq?

26 Noy, 2018
20:01
6536

Azərbaycanda qış turizmi mövsümü nə vaxt açılacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən illərdə Azərbaycanda qışı maraqlı və əyləncəli, dostlar, sevimli insanlarla birlikdə yaddaqalan keçirmək istəyən hər kəs bunun üçün əsas iki yerə üz tuturdu. Bu il üçün də həmin yerlər aktuallığını qoruyur.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Oxu.Az-a bildirib ki, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da qış sezonu – bütün xizək kompleksləri dekabrın 1-dən xidmətə başlayacaq:

“Ənənəvi olaraq Şahdağ və Qəbələ ərazisindəki Tufandağ turizm kompleksləri aktualdır. Qiymətlər, demək olar ki, eynidir, Qəbələyə yol daha uzaq olduğu üçün nisbətən baha başa gələ bilər”. 

AzTA rəhbəri bildirib ki, turizm imkanlarından daha geniş istifadə etmək plandadır:

“Ölkə potensialından istifadə edib daha çox turist cəlb etmək, turistlərin ölkədə qalma müddətini uzatmaq arzuolunandır. Yeni sahibkarların turizm sahəsinə investisiya yatırmağa marağı var. Yaxın gələcəkdə dəyişikliklərin hiss olunacağına ümidvaram”.

“Ava Tour” şirkətindən verilən məlumata görə, birgünlük Şahdağ turları 21 manat, Tufandağ turlarının qiyməti isə 22 manat təşkil edir. Qiymətə daxildir: VİP nəqliyyat, restoranda səhər yeməyi, axşam çay süfrəsi, tur rəhbəri, fotosessiya.

Turizm şirkətindən qeyd ediblər ki, Şahdağa daha çox müraciət var.

Nəzrin Həsənova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri