18 
May
2019
10:12
200
33
8189
Virtual karabakh

Slavyanka: Gədəbəyin duxoborlar kəndi - FOTO/VİDEO

18 May, 2019
10:12
8189

Slavyanka: Gədəbəyin duxoborlar kəndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gədəbəy rayonunda yerləşən qədim Slavyankanı Azərbaycanın ən gözəl yaşayış məntəqələrindən biri adlandırmaq olar.

Slavyanka Gədəbəyin ən böyük kəndidir. Kəndin əhalisi təxminən iki min nəfərə yaxındır.

Qeyd edək ki, kəndin əsası 1844-cü ildə çarın fərmanı əsasında Ukraynanın Zaporojye vilayətindən bu ərazilərə köçürülmüş duxoborlar (pravoslav kilsəsi mərasimlərini rədd edən dini təriqət – red.) tərəfindən qoyulub. 

Kənd adını həmin vaxt duxobor icmasının mərkəzlərindən sayılan Slavyansk şəhərindən götürür. 

Qafqazın Slavyankasında qalmış duxoborlara müxtəlif millətlərdən, o cümlədən ruslardan olan başqa titulsuz xristian icmalar da qoşulub. 

Hazırda Slavyankada o qədər də çox rus və ukraynalı qalmayıb. İndi demək olar ki, adı rus mənşəli Azərbaycan kəndidir.

 Ancaq kənddə mövcud olan atmosfer, əlbəttə ki, onun keçmişini büruzə verir.

Yeri gəlmişkən, kənd çox rahat və səliqəlidir. Kəndin əsas yolları tam asfaltlanıb. Mobil rabitə, xüsusilə, “Bakcell” və bu operatorun mobil interneti əla vəziyyətdə işləyir. Evlər olduqca səliqəlidir, ən əsası küçələrdə zibil yeşikləri gözə dəyir, kəndin mərkəzləşdirilmiş tullantı yığımı sistemi var.

Slavyankada çatışmayan bircə şey var – o da turistlərdir. Gədəbəy rayonu ümumilikdə çox gözəl bir məkandır. Təəssüflər olsun ki, yerli turist onun barədə az məlumatlıdır. Qaldı ki, xarici turistlər... Ancaq sizə deyim, rayonun turizm üçün son dərəcə böyük potensialı var.

Ona görə də aidiyyəti strukturlar rayona diqqət yetirib, onunla ciddi məşğul olmağa başlasalar, əla olar.

Slavyanka səyahətimiz, onun təbiəti və potensialları barədə qısa videonu təqdim edirik:

Həmid Həmidov

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri