21 
May
2019
06:57
105
19
6380
Virtual karabakh

Türkiyədə “all inclusive” sisteminin üstünlüklərini və risklərini saydılar

21 May, 2019
06:57
6380

Türkiyədə “all inclusive” sisteminin üstünlüklərini və risklərini saydılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə “hər şey daxildir” (“all inclusive”) sistemindən imtina etmək niyyətində deyil.
 
Bunu Türkiyə otelçilər federasiyasının başçısı Osman Ayık RİA Novosti-yə bildirib. Onun səzlərinə görə, “all inclusive” həm turistlərə, həm də otellərə xeyir edir. 
 
“İstənilən otel bu sistemin müxtəlif variantlarını tətbiq edə bilər. “All inclusive” daha çox ailəli turistlərə sərf edir. Turistlər əvvəlcədən öz xərclərini bilir və planlarını bu səpkidə qurur. Qədul edən tərəfdə öz xərclərinin bilir və klientlərə vəd etdiyi xidməti göstərir”, - deyə O. Ayık bildirib.
  
O, “all inclusive” sistemində otellər üçün mövcud olan müəyyən risklərdən də danışıb:
“Xərclərin hesablanması turun satıldığı vaxtdan klientlərin otelə gəlməsi zamanına kimi dəyişə bilər, komunal xərclər, vergilər, nəqliyyat xidmətləri, ərzaq qiymətləri qalxa bilər ki, bu da qəbul edən tərəf üçün müəyyən itkilərə gətirib çıxara bilər. Lakin bu risklər yalnız mehmanxana biznesinə aiddir və turistlərin cibinə deyməməlidir”.  

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri