15 
İyn
2019
11:07
19
95
2566
Virtual karabakh

Turizmlə bağlı qanun layihəsi niyə gecikir?

15 İyn, 2019
11:07
2566

Turizmlə bağlı qanun layihəsi niyə gecikir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turizm haqqında” yeni qanun layihəsi üzərində işlər davam etdirilir.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, hələlik komitənin gündəmində olan əsas və yeganə qanun layihəsi məhz turizmlə bağlı sənəddir.

“Biz qanun layihəsini yaz sessiyasında ilk oxunuşda müzakirələrə çıxarmağı nəzərdə tuturduq, lakin işləyib çatdıra bilmədik. Bununla belə, qanun layihəsi beynəlxalq təşkilatlarla, Prezident Administrasiyası və onun müvafiq şöbəsi ilə müzakirə olunur. Yəni daha təkmil və daha ciddi qanun layihəsi üzərində işlər gedir. Ona görə də tələsmirik, qanun layihəsini payıza saxlayırıq”, - komitə sədri deyib.

H.Rəcəbli əlavə edib ki, bu sənədin hazırlanması və qəbulu ölkədə turizmin birbaşa inkişafı ilə bağlıdır.

Kamil Həmzəoğlu

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri