27 
İyn
2019
13:12
297
87
11278
Virtual karabakh

Azərbaycanda turizm polisləri işə başlayacaq - Razılıq verildi

27 İyn, 2019
13:12
11278

Azərbaycanda turizm polisləri işə başlayacaq - Razılıq verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Turizm polisi məsələsi Daxili işlər Nazirliyi ilə müzakirə olunur.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, söhbət sırf polis işçisindən deyil, turistin istədiyi vaxt yardım ala biləcəyi şəxslərin olmasından gedir:

“Artıq bununla bağlı hüquqi razılıq var. Şəhərdə xüsusi geyimlərdə turizm polisinin fəaliyyət göstərməsi ilə bağlı ilkin razılıq əldə olunub”.

K.Qasımov əlavə edib ki, şəhərin müxtəlif yerlərində turistlərə dəstək mərkəzləri də yaradılacaq:

“Dövlət qurumları vahid mərkəzdən turistlərə xidmət göstərəcəklər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri