27 
İyn
2019
21:57
172
43
4946
Virtual karabakh

Gürcüstandakı hadisələr azərbaycanlı turistlərin səfərinə təsir edib?

27 İyn, 2019
21:57
4946

Gürcüstandakı hadisələr azərbaycanlı turistlərin səfərinə təsir edib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda gedən siyasi proseslər fonunda Azərbaycandan həmin ölkəyə istirahətə gedənlərin statistikasında dəyişiklik yoxdur.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O bildirib ki, azərbaycanlı turistlərin ən çox üz tutduğu ölkə Gürcüstandır:

“Əcnəbi turistləri ölkəmizə cəlb etməklə yanaşı, yerli turistlərin də bölgələrimizdə istirahət etməsini istərdik. Bunun üçün də regionlarımızda turizmi inkişaf etdirməyə çalışırıq”.

Baş icraçı direktor Rusiyadan Azərbaycana gələn turistlərdən də danışıb. O qeyd edib ki, Gürcüstandakı vəziyyətdən istifadə etməklə Rusiya turistlərini ölkəmizə çəkə bilərik:

“Bunun üçün müxtəlif kampaniyalar keçirməyi düşünürük. Məsələn, Bakı səfərləri, işgüzar görüşlər, konfranslar və şərab marşrutları”.

F.Zenqstşmid ilin sonuna qədər Azərbaycana gələn rusiyalı turistlərin sayının artacağına ümidvar olduğunu deyib:

“Rusiyalı turist Batumidə istirahət planlaşdırıbsa, bu o demək deyil ki, o, Gürcüstan əvəzinə Azərbaycana gələcək. Onlar Türkiyəni və ya regionun digər ölkəsini seçə bilərlər. Elə istiqamət qurmalıyıq ki, Gürcüstanda istirahətini planlaşdıran şəxslər Azərbaycana da üz tutsunlar”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri