30 
İyn
2019
01:47
296
80
6893
Virtual karabakh

Almaniyalı bloqer: Bakıya aşiq oldum – FOTO/VİDEO

30 İyn, 2019
01:47
6893

Almaniyalı bloqer: Bakıya aşiq oldum – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi “Instagram” hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb.

Oxu.Az xəbər verir ki, Daniel ölkəmiz haqqında təəssüratlarını bölüşərək, Bakıya aşiq olduğunu yazıb: “Bakını sənədli filmlərdə görmüşdüm, həmişə buraya gəlmək istəyirdim. Mən bu şəhərə aşiq oldum, Bakı inanılmazdır”.

Daniel Bakının gözəlliyini və ecazkarlığını göstərmək üçün çəkilişlərin əksəriyyətini dron aparatının köməkliyi ilə aparıb. Onun çəkdiyi foto və videolar arasında Bakının simvolları hesab edilən İçərişəhər, Fəvvarələr meydanı, Dağüstü park, Alov qüllələri və Heydər Əliyev Mərkəzi yer alıb.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

BAKU, Aserbaidschan 🇦🇿 . Was für eine Mega geile Woche, die ich mit @nicosoica in Baku, Aserbaidschan 🇦🇿 verbringen konnte. Wir haben diese Stadt lieben gelernt und gehört für uns ab jetzt in die Top 5 Städte die wir bisher bereist haben. So ein schöner Mix aus Alte und neue Stadt, sowie ein Mix aus Russisch, Türkisch und Aserbaidschanisch. Und das geile war, dass das Land kaum bereist ist. Wir haben in der Woche keine Touristen gesehen, obwohl sie Stadt soviel zu bieten hat. Aber seht euch den Trailer dazu selbst an und teilt es gern mit euren Freunden weiter in den Storys oder markiert sie einfach unter diesem Poste!🙏🏽 Freuen uns auf Feedbacks & ein Mega Dankeschön an meinem Bro Nico, der den Trailer in einer Nacht und im Flieger noch fertig gecuttet hat. Und danke das ich dabei sein durfte auf dieser Reise🙌🏽🙌🏽🙌🏽❤️ . Collect Moments, not Things. . Tag a Friend! 🙋🏻‍♀️🙋🏻‍♂️ @nicosoica • • 👉🏼Follow @mister.everywhere_ 👉🏼Follow @mister.everywhere_ 👉🏼Follow @mister.everywhere_ • #mistereverywhere ______________________________________

Публикация от 𝐃𝐚𝐧𝐢𝐞𝐥 𝐇𝐚𝐜𝐤𝐛𝐮𝐬𝐜𝐡 Travel (@mister.everywhere_)

Qeyd edək ki, D. Hakbuş ölkələri qarış-qarış gəzərək, səyahət zamanı qarşılaşdığı gözəl mənzərələri kamerasının yaddaşına həkk etməklə izləyiciləri ilə sosial şəbəkə hesabında bölüşür.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri