Sen
2019
11:47
74
34
4338
Virtual karabakh

"Buta Airways" Yaxın Şərqə yeni istiqamətlər açır

5 Sen, 2019
11:47
4338

"Buta Airways" Yaxın Şərqə yeni istiqamətlər açır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın "Buta Airways" aviaşirkəti Yaxın Şərqə yeni istiqamətlər açmaqla marşrut şəbəkəsini genişləndirir.

Belə ki, sentyabrın 18-dən Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada (çərşənbə və şənbə günləri), oktyabrın 28-dən etibarən isə ölkənin daha bir böyük şəhəri –  Dammama (bazar ertəsi və cümə günləri) reyslər həyata keçiriləcək.

Yeni istiqamətlərin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.

Aviabiletləri aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Bütün yenilikləri və xəbərləri "Buta Airways"in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

facebook.com/ButaAirways 

instagram.com/ButaAirways

twitter.com/ButaAirways

t.me/Buta_Airways

"Buta Airways" Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub.

İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir "Embraer" təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri