22 
Sen
2019
23:02
41
182
6132
Virtual karabakh

Türkiyədə hotel rəhbərliyi sakinlərə qab-qacağı və texnikanı sındırmağa icazə verir

22 Sen, 2019
23:02
6132

Türkiyədə hotel rəhbərliyi sakinlərə qab-qacağı və texnikanı sındırmağa icazə verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədəki hotellərdən biri sakinlərinə qab-qacağı, televizorları, kompüterləri və mebeli sındırmağa icazə verib. 

Lenta.ru Rusiya Turizm Operatorları Assosiasiyasının saytına istinadən xəbər verir.

Saytın yaydığı xəbərə görə, Alanyada yerləşən hoteldə “qəzəb otaqları” var, təhlükəsiz geyimlərdə olan sakinlər bu otaqlarda şüşədən tutmuş mebelə, müxtəlif məişət və kompüter avadanlığına qədər hər şeyi sındıra bilərlər. Bu, qonaqlara stress atmağa kömək edir.

Otaqlardan daha çox 18-38 yaşlı kişilər, əsasən də biznesmenlər və ya proqramçılar istifadə edirlər. Bu turistlərin əksəriyyəti Almaniya, Skandinaviya ölkələri, Böyük Britaniya və Niderlanddan gəlirlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri