Okt
2019
12:15
91
23
2252
Virtual karabakh

Bakı MDB məkanında payız səyahətlərinə görə ilk beşlikdədir

1 Okt, 2019
12:15
2252

Bakı MDB məkanında payız səyahətlərinə görə ilk beşlikdədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TurStat” turizm portalı payız fəslində istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini təqdim edib.

Siyahı 2019-cu ilin payızında turistlər arasında populyarlıq qazanan şəhərlərin analizi nəticəsində hazırlanıb. 

Məlumata görə, MDB şəhərlərinə turistlər payız aylarında ortalama iki-üç istirahət günündə gəlirlər və əsasən, həftəlik ekskursiya turlarına üstünlük verirlər.

Siyahıya Azərbaycanın paytaxtı Bakı da daxil olub. 

Reytinqə görə, turistlər payızda MDB-nin ölkə və şəhərlərində 40-100 dollar arası (60 – 170 manat) xərcləyərək, Minskə gəzməyə, Astana və Bakıya alış-verişə gəlirlər.

Məlumatda qeyd edilib ki, turistlərin payızda Azərbaycana səfər etməsinə səbəblərdən biri də oktyabrın sonlarında Göyçayda keçiriləcək Nar bayramıdır.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri