Okt
2019
17:44
306
58
4897
Virtual karabakh

İndoneziyalılara təklif - Ümrə ziyarətinə Azərbaycandan gedin

8 Okt, 2019
17:44
4897

İndoneziyalılara təklif - Ümrə ziyarətinə Azərbaycandan gedin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndoneziyalı turistlərin Azərbaycana cəlb edilməsi üçün onlara təqdim edilən turpaketlər siyahısına Ümrə ziyarət paketlərinin də əlavə edilməsi təklif olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə İndoneziya Respublikasının Azərbaycandakı səfirliyində Dövlət Turizm Agentliyinin və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən videokörpüdə deyilib.

Videokörpüdə indoneziyalı turistlərin Azərbaycan və onun görməli yerləri haqqında daha geniş məlumatlandırılması məqsədilə İndoneziyanın turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili də müzakirə olunub. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri